Yuxarı

Filippində təyyarə qəzası nəticəsində ölənlər var - YENİLƏNİB

​Filippində təyyarə uçuş zamanı qəzaya uğrayıb

902

Filippinin paytaxtı Maniladakı "Ninoy Akuino" beynəlxalq hava limanında "Lion Air" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

"Report" "Manila Bulletin"ə istinadən xəbər verir ki, bu barədə hava limanının rəhbərliyi bildirib.

Qeyd olunub ki, ölkənin Səhiyyə Departamentinin kirayələdiyi təyyarə Tokioya yeni koronavirusa qarşı dava-dərman daşımaq üçün yola düşərkən uçuş zolağında aşaraq qəzaya uğrayıb. Təyyarədə iki pilot, bir kabinə heyəti, bir xəstə, bir xəstə baxıcısı, bir tibb bacısı, bir həkim, bir də uçuş tibbi heyət üzvü vardı.


***18:19

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında göyərtəsində bir neçə sərnişin olan “Lion Air” aviaşirkətinə məxsus təyyarə uçuş həyata keçirərkən qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki, qəza yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Qəzanın başqa təfərrüatı barədə bilgi verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi