Yuxarı
    Bağlamaq

    Filippində qasırğa zamanı ölənlərin sayı 240-a çatıb

    100-dən çox insan itkin düşmüş hesab edilir

    Bakı. 26 dekabr. REPORT.AZ/ Filippində "Tembin" qasırğası nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı azı 240 nəfər həyatını itirib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, 100-dən çox insan itkin düşmüş hesab edilir.

    Teleşirkətin məlumatına görə, hazırkı vaxta qədər qasırğa təqribən 75 min filippinlini evsiz qoyub. Təbii fəlakət infrastruktur və düyü sahələrinə ciddi ziyan vurub.

    Bundan əvvəl ölənlərin sayının 200 nəfər olduğu bildirilirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi