Yuxarı

Filippində müsəlmanlara genişləndirilmiş muxtariyyət verilir

Bakı. 24 iyul. REPORT.AZ/ Filippin parlamentinin Nümayəndələr Palatası müsəlman moro xalqının sıx yaşadığı regiona genişləndirilmiş muxtariyyətin verilməsini nəzərdə tutan “Banqsamoro regionuna muxtariyyətin veilməsi haqqında” qanun layihəsini qəbul edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyətin verilməsi nəzərdə tutur. 

Bildirilib ki, sənəd təsdiqlənmək üçün Filippin Prezidenti Rodriqo Duterteyə təqdim edilib.

Moro İslam Azadlıq Cəbhəsi 40 ilə yaxındır Filippin hökumətinə qarşı mübarizə aparır. 120 mindən çox insan bu silahlı qarşıdurmanın qurbanı olub. 2014-cü il martın 27-də tərəflər arasında sülh sazişi imzalanıb. Həmin razılaşmaya əsasən, Mindanao adasının cənub hissəsi muxtar region olacaq.

Cari ilin aprelində isə Prezidenti Rodriqo Duterte bildirmişdi ki, Mindanao adasının cənub hissəsinə muxtar region statusunun verilməsini nəzərdə tutan qanun layihəsi may ayının sonunadək təsdiqlənməzsə, istefa verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi