Yuxarı

Filippində kilsədə partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

​Filippində kilsədə partlayışlar nəticəsində 111 nəfər yaralanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Filippinin kilsədə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar zamanı həmçinin xəsarət alanların da sayı 111 nəfərə çatıb. Məlumata görə, ölənlər kilsənin ziyarətçiləridir.

Hadisə bu gün səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. 



***09:52

Filippində partlayış nəticəsində azı 19 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar bazar günü səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. Partlayışlar nəticəsində 19 nəfər ölüb, 48-i isə xəsarət alıb.

Polis ərazidə təhlükəsizliyi təmin edir. Hazırda hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi