Filippində kilsədə partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Filippində kilsədə partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB Bakı. 27 yanvar. REPORT.AZ/ Filippinin kilsədə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Digər ölkələr
27 Yanvar , 2019 18:41
Filippində kilsədə partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Bakı. 27 yanvar. REPORT.AZ/ Filippinin kilsədə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar zamanı həmçinin xəsarət alanların da sayı 111 nəfərə çatıb. Məlumata görə, ölənlər kilsənin ziyarətçiləridir.

Hadisə bu gün səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. 



***09:52

Filippində partlayış nəticəsində azı 19 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar bazar günü səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. Partlayışlar nəticəsində 19 nəfər ölüb, 48-i isə xəsarət alıb.

Polis ərazidə təhlükəsizliyi təmin edir. Hazırda hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi