Yuxarı

Filippin Prezidenti ölkənin adının dəyişdirilməsini təklif edib

Rodriqo Duterte: Filippin adını ölkəyə Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü

Bakı. 12 fevral. REPORT.AZ/ Filippin Prezidenti Rodriqo Duterte müstəmləkəçilik tarixi ilə olan əlaqəni zəiflətmək üçün ölkənin adının dəyişdirilərək "Maharlika Respublikası" olmasını təklif edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Prezident bu barədə Magindanao əyalətində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Filippin" adını ölkəyə Ferdinand Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü.

Filippin lideri ölkənin "Maharlika Respublikası" adlandırılması ideyasını bəyəndiyini qeyd edib.

Qeyd edək ki, müasir Filippin dilində "maharlika" sözü "kral nəcibliyi" deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi