Fici adalarında qasırğa fəsadlar törədib

Fici adalarında qasırğa fəsadlar törədib Fici adalarında bu gün səhər saatlarından öz təsirini göstərən “Sarai” tropik siklonun əmələ gətirdiyi leysan yağışlar və şiddətli külək bir çox fəsadlar törədib.
Digər ölkələr
28 Dekabr , 2019 14:08
Fici adalarında qasırğa fəsadlar törədib

Fici adalarında bu gün səhər saatlarından öz təsirini göstərən “Sarai” tropik siklonun əmələ gətirdiyi leysan yağışlar və şiddətli külək bir çox fəsadlar törədib.

“Report” "ABCNews"ə istinadən xəbər verir ki, ölkənin Milli Fəlakətləri İdarəetmə Ofisi (NDMO) hazırda 1970 sakinin ölkə boyu 48 sığınacaq mərkəzində yerləşdirildiyini bildirib.

İkinci dərəcəli siklon olan “Sarai”nin bəzi adalarda 110 kilometr, arabir 150 kilometrədək güclənən fırtınaya, subasmalara, dəniz qabarmasına, leysan yağışlara səbəb olduğu da bildirilir. 16 kilometr sürətlə cənub-şərq istiqamətində hərəkətdə olan siklonun Yeni il bayramı günü Ficini tərk edərək Tonqa krallığına doğru yönələcəyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi