Yuxarı

“Facebook” işində nasazlıq yaranıb

​“Facebook”da nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrinin “Facebook” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resurslarda nasazlıqları izləyən “Downdetector” saytı məlumat yayıb.

Portalın məlumatına görə, problemlər təxminən Bakı vaxtı ilə saat 16.00-da yaranıb. Nasazlıqlar daha çox ABŞ-da, Fransada, Polşada, Belçikada və Böyük Britaniyada qeydə alınıb. 

“Downdetector”un məlumatına görə, istifadəçilərin 69%-i xəbər lentində problemlərlə qarşılaşıblar, istifadəçilərin 15%-i sosial şəbəkənin fəaliyyətsizliyindən şikayət ediblər.

Qeyd edək ki, Azərbaycanda da “facebook” istifadəçiləri sosial şəbəkənin fəaliyyətində problemlərlə üzləşiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi