Yuxarı

Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi

​Əşrəf Qani Əfqanıstandakı prezident seçkilərinin qalibi elan edildi

87

Əşrəf Qani

Əşrəf Qani 5 aydır ki, mübahisə olunan prezident seçkilərinin yekun nəticələrindən qalib çıxıb.

“Report” “New York Times”a istinadən xəbər verir ki, Əfqanıstan müxalifəti ölkənin Seçki Komissiyasını Ə.Qaniyə dəstəkdə ittiham edir.

Ə.Qaninin opponenti Abdulla Abdullanın tərəfdarları isə hakimiyyəti etirazlarına məhəl qoyulmadığı təqdirdə paralel hökumət qurmaqla təhdid edirlər.

Qeyd edək ki, ötən ilin sentyabrda baş tutmuş prezident seçkiləri Talibanın çoxsaylı hücumları fonunda həyata keçirilib. Yekun nəticələrə görə, Ə.Qani 50,63% səs alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi