Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi

Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi Əşrəf Qani 5 aydır ki, mübahisə olunan prezident seçkilərinin yekun nəticələrindən qalib çıxıb.
Digər ölkələr
18 Fevral , 2020 17:20
Əşrəf Qani Əfqanıstanda prezident seçkilərinin qalibi elan edildi

Əşrəf Qani 5 aydır ki, mübahisə olunan prezident seçkilərinin yekun nəticələrindən qalib çıxıb.

“Report” “New York Times”a istinadən xəbər verir ki, Əfqanıstan müxalifəti ölkənin Seçki Komissiyasını Ə.Qaniyə dəstəkdə ittiham edir.

Ə.Qaninin opponenti Abdulla Abdullanın tərəfdarları isə hakimiyyəti etirazlarına məhəl qoyulmadığı təqdirdə paralel hökumət qurmaqla təhdid edirlər.

Qeyd edək ki, ötən ilin sentyabrda baş tutmuş prezident seçkiləri Talibanın çoxsaylı hücumları fonunda həyata keçirilib. Yekun nəticələrə görə, Ə.Qani 50,63% səs alıb. 

Son xəbərlər

Orphus sistemi