Yuxarı

Ərdoğan: "Türkiyə yaxın günlərdə Suriyanın şimal-şərqində əməliyyata başlayacaq"

Ərdoğan: "Türkiyə yaxın günlərdə Suriyanın şimal-şərqində əməliyyata başlayacaq"

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyə qarşıdakı günlərdə Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində əməliyyata başlamaq niyyətindədir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Fərat çayının şərqini terrorçulardan tam təmizləmək niyyətimizi həyata keçirməyin vaxtı çatıb. Yaxın günlərdə orada əməliyyata başlayacağıq və bu barədə ABŞ-a məlumat vermişik. Suriyanın digər bölgələrində olduğu kimi, Fərat çayının şərqində də insanlara sülh və əmin-amanlıq gətirmək istəyirik. Biz heç vaxt ABŞ-a və onların hərbçilərinə qarşı olmamışıq, onlar daim bizim üçün strateji tərəfdaşdırlar. Suriya üzrə fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına mane olmamalıdır", - Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında deyib.

Türkiyə Prezidentinin sözlərinə görə, ABŞ hələ də Suriyanın Münbiç bölgəsi ilə bağlı Ankaraya verilən vədləri yerinə yetirməyib: "ABŞ Prezidenti Donald Tramp Suriyanın bu bölgəsinin bir ay ərzində İŞİD terrorçularından tamamilə təmizlənəcəyini açıqlayıb. Ankara bu vədin yerinə yetiriləcəyinə ümid edir".

Türkiyə lideri həmçinin İŞİD terror qruplaşmasının artıq Suriya üçün təhdid olmadığını və Türkiyənin belə iddiaları uydurma hesab etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi