Yuxarı

Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib

Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi