Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib

Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Digər ölkələr
16 Aprel , 2018 22:43
Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi