Yuxarı

Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb

Bakı. 25 fevral. REPORT.AZ/ Əlcəzairdə hazırkı prezident Əbdüləziz Buteflikinin öz namizədliyini yeni müddətə irəli sürməsinə qarşı çıxış edən yüzlərlə nümayişçi bazar günü eyniadlı paytaxtın mərkəzi hissələrinə toplaşıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, bazar günü etiraz dalğası cümə gününə nisbətdə zəif olub. Həmin vaxt, xüsusilə də paytaxt küçələrinə onminlərlə insan çıxıb. İnsanlar "Muvatana" hərəkatının çağırışı ilə toplaşıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib, həmçinin bir neçə nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi