Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb

Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb Bakı. 25 fevral. REPORT.AZ/ Əlcəzairdə hazırkı prezident Əbdüləziz Buteflikinin öz namizədliyini yeni müddətə irəli sürməsinə qarşı çıxış edən yüzlərlə nümayişçi bazar günü eyniadlı paytaxtın mərkəzi hissələrinə toplaşıblar.
Digər ölkələr
25 Fevral , 2019 06:39
Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb

Bakı. 25 fevral. REPORT.AZ/ Əlcəzairdə hazırkı prezident Əbdüləziz Buteflikinin öz namizədliyini yeni müddətə irəli sürməsinə qarşı çıxış edən yüzlərlə nümayişçi bazar günü eyniadlı paytaxtın mərkəzi hissələrinə toplaşıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, bazar günü etiraz dalğası cümə gününə nisbətdə zəif olub. Həmin vaxt, xüsusilə də paytaxt küçələrinə onminlərlə insan çıxıb. İnsanlar "Muvatana" hərəkatının çağırışı ilə toplaşıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib, həmçinin bir neçə nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi