Yuxarı

Ekvadorun BMT yanındakı nümayəndəsi prezidentə qarşı çıxaraq istefaya gedib

Ekvadorun BMT yanındakı nümayəndəsi prezidentə qarşı çıxaraq istefaya gedib

36

Bakı. 5 yanvar. REPORT.AZ/ Ekvadorun BMT-də, Cenevrədəki daimi nümayəndəsi Qiyom Lonq öz vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd edilir ki, sabiq xarici işlər naziri ölkə prezidenti Lenin Morenonun siyasətinə etiraz əlaməti olaraq bu qərara gəlib.

Onun sözlərinə görə, ölkə hökuməti səlahiyyətlərindən sui-istifadə edir. 

"Mən bu gün təcavüzkarlıqla bizim Ekvadoru müstəmləkəyə çevirən yalançı ekumenizmlə (ümumxristian birliyi ideologiyası - red) və dialoq ruhu ilə maskalanmış təhlükəli avtoritarizmdə iştirak etməkdən imtina edirəm", - deyə o, "Twitter"də yayılmış məktubunda bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi