Yuxarı

Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib

​Ekvador Cənubi Amerika Millətlər Birliyindən çıxır

Çərşənbə axşamı Ekvadorun Milli Məclisi (bir palatalı parlament) ölkənin Cənubi Amerika Millətlər Birliyini tərk etməsinə səs verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Comercio" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, ölkə hökumətinin regional blokun təsis razılaşmasının ləğvinə başlamasına icazə verən qərarın lehinə 79 deputat səs verib (zəruri 70 deputat), 36 nəfər əleyhinə olub, dörd nəfər bitərəf qalıb. Ölkənin Birlikdən çıxması təsis sənədində göstərildiyi kimi müvafiq prosedurların bitməsindən altı ay sonra baş verəcək.

Martın 11-də Ekvador təşkilatda iştirakını dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi