Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib

Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib Çərşənbə axşamı Ekvadorun Milli Məclisi (bir palatalı parlament) ölkənin Cənubi Amerika Millətlər Birliyini tərk etməsinə səs verib.
Digər ölkələr
18 Sentyabr , 2019 06:48
Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib

Çərşənbə axşamı Ekvadorun Milli Məclisi (bir palatalı parlament) ölkənin Cənubi Amerika Millətlər Birliyini tərk etməsinə səs verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Comercio" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, ölkə hökumətinin regional blokun təsis razılaşmasının ləğvinə başlamasına icazə verən qərarın lehinə 79 deputat səs verib (zəruri 70 deputat), 36 nəfər əleyhinə olub, dörd nəfər bitərəf qalıb. Ölkənin Birlikdən çıxması təsis sənədində göstərildiyi kimi müvafiq prosedurların bitməsindən altı ay sonra baş verəcək.

Martın 11-də Ekvador təşkilatda iştirakını dayandırıb.

Son xəbərlər

Orphus sistemi