Yuxarı

​Əfqanıstanda yüzdən çox şagird zəhərlənib

​Əfqanıstanda yüzdən çox şagird zəhərlənib
Heratın qubernatoru hadisədə uşaqların təhsil almasına qarşı çıxan dövlətin düşmənlərini təqsirləndirib

Bakı. 31 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Herat vilayətində məktəblərdən birində yüzdən artıq şagird toksik qazdan zəhərlənib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, zəhərlənən 124 qız İncil rayonundakı xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Vilayətin qubernatoru hadisənin törədilməsində uşaqların təhsil almasına qarşı çıxan "dövlətin düşmənləri"ni təqsirləndirib. Hazırda polis hadisənin araşdırılması ilə məşğul olur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi