​Əfqanıstanda yüzdən çox şagird zəhərlənib

​Əfqanıstanda yüzdən çox şagird zəhərlənib Heratın qubernatoru hadisədə uşaqların təhsil almasına qarşı çıxan "dövlətin düşmənləri"ni təqsirləndirib
Digər ölkələr
31 Avqust , 2015 20:56
​Əfqanıstanda yüzdən çox şagird zəhərlənib

Bakı. 31 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Herat vilayətində məktəblərdən birində yüzdən artıq şagird toksik qazdan zəhərlənib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, zəhərlənən 124 qız İncil rayonundakı xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Vilayətin qubernatoru hadisənin törədilməsində uşaqların təhsil almasına qarşı çıxan "dövlətin düşmənləri"ni təqsirləndirib. Hazırda polis hadisənin araşdırılması ilə məşğul olur.  

Son xəbərlər

Orphus sistemi