Yuxarı

Əfqanıstanda törədilmiş partlayış nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Əfqanıstanda törədilmiş partlayış nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Bakı. 16 iyun. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar vilayətində təhlükəsizlik orqanları əməkdaşlarının "Taliban" qruplaşmasının üzvləri ilə görüşü zamanı törədilən partlayış zamanı ölənlərin sayı 26 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb. 

Məlumatda bildirilir ki, terror aktı zamanı yaralananların da sayı 50 nəfəri ötüb. Partlayışı "talibançı"larla Əfqanıstanın təhlükəsizlik qüvvələrinin görüşünə gəlmiş  kamikadze törədib.  

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.


***18:22

Əfqanıstanda hüquq-mühafizə orqanları əməkdaşlarının "Taliban" qruplaşmasının üzvləri ilə görüşü zamanı partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Nanqarhar şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 20 nəfər həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi