Əfqanıstanda terrorçularla toqquşmalarda 14 polis öldürülüb, 25-i yaralanıb

Əfqanıstanda terrorçularla toqquşmalarda 14 polis öldürülüb, 25-i yaralanıb Bakı. 10 avqust. REPORT.AZ/ Əfqanıstanın Qəzni şəhərində radikal Taliban hərəkatının yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalarda təhlükəsizlik qüvvələrinin azı 14 əməkdaşı və iki mülki şəxs öldürülüb.
Digər ölkələr
10 Avqust , 2018 16:04
Əfqanıstanda terrorçularla toqquşmalarda 14 polis öldürülüb, 25-i yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Əfqanıstanın Qəzni şəhərində radikal Taliban hərəkatının yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalarda təhlükəsizlik qüvvələrinin azı 14 əməkdaşı və iki mülki şəxs öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qanlı döyüşlərdə həmçinin güc strukturlarının 25 əməkdaşı və 15 dinc sakin yaralanıb.

Qeyd edək ki, yerli KİV Taliban yaraqlılarının Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçdiyini yazıb. Talibanın bəyanatında deyilir ki, onların silahlı dəstələri eyniadlı vilayətin inzibati mərkəzinə bir neçə istiqamətdən daxil olmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi