Bakı. 10 mart. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri tərəfindən bir neçə vilayətdə son 24 saat ərzində aparılan əməliyyatlar nəticəsində radikal "Taliban" hərəkatının 60-dan çox üzvü məhv edilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Khaama Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, xüsusi təyinatlıların əməliyyatları ölkənin Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Loqar, Vardak, Hilmend, Uruzqan və Paktika əyalətlərində həyata keçirilib. Nəticədə "Taliban"ın radioqülləsi və iki əldəqayırma partlayıcı qurğusu məhv edilib.
Bundan əlavə, maqnit minası, həmçinin partlayıcı maddə hazırlamaq üçün materiallar aşkar olunub.