Əfqanıstanda "Taliban"ın 60-dan çox üzvü məhv edilib

Əfqanıstanda "Taliban"ın 60-dan çox üzvü məhv edilib Bakı. 10 mart. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri tərəfindən bir neçə vilayətdə son 24 saat ərzində aparılan əməliyyatlar nəticəsində radikal Taliban hərəkatının 60-dan çox üzvü məhv edilib.
Digər ölkələr
10 Mart , 2019 08:58
Əfqanıstanda Talibanın 60-dan çox üzvü məhv edilib

Bakı. 10 mart. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri tərəfindən bir neçə vilayətdə son 24 saat ərzində aparılan əməliyyatlar nəticəsində radikal "Taliban" hərəkatının 60-dan çox üzvü məhv edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, xüsusi təyinatlıların əməliyyatları ölkənin Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Loqar, Vardak, Hilmend, Uruzqan və Paktika əyalətlərində həyata keçirilib. Nəticədə "Taliban"ın radioqülləsi və iki əldəqayırma partlayıcı qurğusu məhv edilib.

Bundan əlavə, maqnit minası, həmçinin partlayıcı maddə hazırlamaq üçün materiallar aşkar olunub.

Son xəbərlər

Orphus sistemi