Əfqanıstanda polis idarəsinə hücum edilib, ölənlər və yaralananlar var

Əfqanıstanda polis idarəsinə hücum edilib, ölənlər və yaralananlar var Əfqanıstanda polis idarəsinə hücum edilib.
Digər ölkələr
5 May , 2019 17:32
Əfqanıstanda polis idarəsinə hücum edilib, ölənlər və yaralananlar var

Əfqanıstanda polis idarəsinə hücum edilib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Baglan vilayətinin Puli-Xumri şəhərində baş verib.

Hücum zamanı 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Hücumun təfərrüatı açıqlanmır. 

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

Daha əvvəl Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqindəki Bağlan vilayətində radikal "Taliban" hərəkatının silahlılarının hücumlarını dəf ediblər.

Son xəbərlər

Orphus sistemi