Yuxarı

Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var1

Əfqanıstanın Fərah əyalətində sərnişin avtobusunun partladılması nəticəsində çoxu qadın və uşaqlar olan 34 sərnişin ölüb, 17 nəfər yaralanıb.

“Report” “The Defence Post”a istinadən xəbər verir ki, bu barədə Fərah əyaləti hakimiyyətinin sözçüsü Muhibullah Muhib məlumat verib.

Onun sözlərinə görə, hadisə Qəndahar – Herat magistral avtomobil yolunda avtobusun yol kənarında yerləşdirilmiş partlayıcı qurğuya toxunması nəticəsində baş verib.

Hadisənin məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi