Yuxarı

Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub

Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstan polisi Kabilin şimal qərbindəki "Intercontinental" otelinə hücum etmiş dörd terrorçudan ikisini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Qeyd edilir ki, atışma hələ davam edir. Güc strukturları mehmanxanadan 15 ölü və yaralını çıxarıblar. Bununla yanaşı, 30 nəfər xilas edilib.

Xatırladaq ki, silahlılar iki toy mərasiminin keçirildiyi otelə soxulublar. Onlar qonaqları atəşə tutmağa başlayıblar.

Bəzi məlumatlara görə isə, hücum zamanı orada informasiya texnologiyalarına həsr olunmuş konfrans keçirilib. Jurnalistlər 35 ölən və yaralının olduğunu bildirirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi