Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub

Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstan polisi Kabilin şimal qərbindəki Intercontinental otelinə hücum etmiş dörd terrorçudan ikisini zərərsizləşdirib.
Digər ölkələr
21 Yanvar , 2018 07:48
Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstan polisi Kabilin şimal qərbindəki "Intercontinental" otelinə hücum etmiş dörd terrorçudan ikisini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Qeyd edilir ki, atışma hələ davam edir. Güc strukturları mehmanxanadan 15 ölü və yaralını çıxarıblar. Bununla yanaşı, 30 nəfər xilas edilib.

Xatırladaq ki, silahlılar iki toy mərasiminin keçirildiyi otelə soxulublar. Onlar qonaqları atəşə tutmağa başlayıblar.

Bəzi məlumatlara görə isə, hücum zamanı orada informasiya texnologiyalarına həsr olunmuş konfrans keçirilib. Jurnalistlər 35 ölən və yaralının olduğunu bildirirlər. 

Son xəbərlər

Orphus sistemi