​Əfqanıstanda DİN-in binasına basqının qarşısı alınıb, 7 polis həlak olub

​Əfqanıstanda DİN-in binasına basqının qarşısı alınıb, 7 polis həlak olub Ölənlər arasında əyalətin polis rəisi də var
Digər ölkələr
17 May , 2016 13:28
​Əfqanıstanda DİN-in binasına basqının qarşısı alınıb, 7 polis həlak olub

Bakı. 17 may. REPORT.AZ/ Əfqanıstanda "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub. 

"Report" xəbər verir ki, bu haqda ölkənin "Pajhwok" agentliyi məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin cənub-şərq hissəsində yerləşən Paktika əyalətində baş verib. Terrorçular polis əməkdaşlarına hücum edib. Ölənlər arasında əyalətin polis rəisi də var.

Əfqanıstanın "Khaama Press" agentliyinin məlumatında isə bildirilib ki, ölkənin təhlükəsizlik qüvvələri partlayıcı maddə yüklənmiş avtomobilin Daxili İşlər Nazirliyinin binası qarşısında partladılmasının qarşısını alıblar.

İnformasiyaya əsasən, hərbçilər avtomobilin sürətlə binaya sarı hərəkət etdiyini müşahidə ediblər və atəş açaraq, sürücünü öldürüblər. Aparılan axtarış nəticəsində maşında güclü partlayıcı qurğu aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi