Yuxarı

​Əfqanıstanda DİN-in binasına basqının qarşısı alınıb, 7 polis həlak olub

Ölənlər arasında əyalətin polis rəisi də var

Bakı. 17 may. REPORT.AZ/ Əfqanıstanda "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub. 

"Report" xəbər verir ki, bu haqda ölkənin "Pajhwok" agentliyi məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin cənub-şərq hissəsində yerləşən Paktika əyalətində baş verib. Terrorçular polis əməkdaşlarına hücum edib. Ölənlər arasında əyalətin polis rəisi də var.

Əfqanıstanın "Khaama Press" agentliyinin məlumatında isə bildirilib ki, ölkənin təhlükəsizlik qüvvələri partlayıcı maddə yüklənmiş avtomobilin Daxili İşlər Nazirliyinin binası qarşısında partladılmasının qarşısını alıblar.

İnformasiyaya əsasən, hərbçilər avtomobilin sürətlə binaya sarı hərəkət etdiyini müşahidə ediblər və atəş açaraq, sürücünü öldürüblər. Aparılan axtarış nəticəsində maşında güclü partlayıcı qurğu aşkar edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi