Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinə namizədin seçki qərargahında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.
Digər ölkələr
9 Oktyabr , 2018 17:14
Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
AFP
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinə namizədin seçki qərargahında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hilmənd əyalət valiliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kamikadze terrorçunun hücumu nəticəsində həm də 10 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında parlament seçkilərində namizəd Saleh Məhəmməd Əçəkzai də var.


***16:15

Əfqanıstan parlamentinə namizədin seçki qərargahında baş vermiş partlayışda azı 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin cənubundakı Hilmənd əyalətinin Laşkargah şəhərində baş vermiş hadisə zamanı deputatlığa namizəd də yaralanıb.

Təhlükəsizlik qüvvələri əməkdaşları hadisə yerinə giriş-çıxışı bağlayıb və ölənlərlə yaralananların evakuasiyasını həyata keçirirlər.

Qeyd edək ki, Əfqanıstanda oktyabrın 20-nə planlaşdırılan parlament seçkiləri 2016-cı ildə keçirilməli olsa da, ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar iki illik müddətə təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi