Əfqanıstan prezidentinin çıxışı zamanı Kabil raket atəşinə tutulub

Əfqanıstan prezidentinin çıxışı zamanı Kabil raket atəşinə tutulub Bakı. 21 avqust. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.
Digər ölkələr
21 Avqust , 2018 10:06
Əfqanıstan prezidentinin çıxışı zamanı Kabil raket atəşinə tutulub
Wikiway.com
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "TOLO news" telekanalı məlumat yayıb.

Hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.

"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.

Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi