​Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həyatını itirib

​Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həyatını itirib Hadisə zamanı daha 11 nəfər yaralanıb
Digər ölkələr
5 İyun , 2016 20:10
​Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həyatını itirib

Bakı. 5 iyun. REPORT.AZ/ Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak Kabildə evi qarşısında baş verən partlayış nəticəsində həyatını itirib, daha 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "Sputnik" agentliyi məlumat yayıb.

Əfqanıstan Milli Assambleyasının məlumatına görə, Şir Vəli Vardak ölkənin təhsil naziri Faruk Vardakın qardaşıdır. Siyasətçi evli idi, yeddi övladı qalıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi