Yuxarı

​Əfqanıstan parlamentinin deputatı partlayış nəticəsində həyatını itirib

Hadisə zamanı daha 11 nəfər yaralanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak Kabildə evi qarşısında baş verən partlayış nəticəsində həyatını itirib, daha 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "Sputnik" agentliyi məlumat yayıb.

Əfqanıstan Milli Assambleyasının məlumatına görə, Şir Vəli Vardak ölkənin təhsil naziri Faruk Vardakın qardaşıdır. Siyasətçi evli idi, yeddi övladı qalıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi