Dövlət Departamenti: ABŞ İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

Dövlət Departamenti: ABŞ İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq Xezer Nauert: "Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin"
Digər ölkələr
18 Avqust , 2017 23:59
Dövlət Departamenti: ABŞ İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

Bakı. 18 avqust. REPORT.AZ/ "İŞİD terror qruplaşması üzərində qələbədən sonra Birləşmiş Ştatlar Suriyada qalmayacaq".

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

"Məqsədimiz İŞİD üzərində qələbə qazanmaq və bundan başqa heç nə etməməkdir. Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri Suriyada qalmayacaq.

Son xəbərlər

Orphus sistemi