Yuxarı

Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib

Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib
Məgər Çin böyük hərbi kompleks tikməyi bizdən soruşub?

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin iqtisadi siyasətini və Cənubi Çin dənizindəki hərəkətlərini tənqid edib.

"Report" xəbər verir ki, o, bu barədə özünün "Facebook"dakı səhifəsində yazıb.

"Məgər Çin onların valyutasını qiymətdən salmağın normal olduğunu (bizim şirkətlərimizə rəqabət aparmaq çətin olsun deyə ), onların ölkəsinə ixrac edilən mallarımıza yüksək vergi qoymağı və ya Cənubi Çin dənizinin mərkəzində böyük hərbi kompleksi tikməyi bizdən soruşub? Mən belə düşünmürəm" - deyə Tramp yazıb.

Qeyd edək ki, bu, ABŞ-ın yeni prezidentinin qarşı tərəfə cavabı kimi də qbul edilir. Daha əvvəl Çinin Xarici İşlər Nazirliyi Trampın Tayvan prezidenti ilə danışığına görə ABŞ-a etirazını ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi