Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib

Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib "Məgər Çin böyük hərbi kompleks tikməyi bizdən soruşub?
Digər ölkələr
5 Dekabr , 2016 05:53
Donald Tramp Çinin iqtisadi siyasətini tənqid edib

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin iqtisadi siyasətini və Cənubi Çin dənizindəki hərəkətlərini tənqid edib.

"Report" xəbər verir ki, o, bu barədə özünün "Facebook"dakı səhifəsində yazıb.

"Məgər Çin onların valyutasını qiymətdən salmağın normal olduğunu (bizim şirkətlərimizə rəqabət aparmaq çətin olsun deyə ), onların ölkəsinə ixrac edilən mallarımıza yüksək vergi qoymağı və ya Cənubi Çin dənizinin mərkəzində böyük hərbi kompleksi tikməyi bizdən soruşub? Mən belə düşünmürəm" - deyə Tramp yazıb.

Qeyd edək ki, bu, ABŞ-ın yeni prezidentinin qarşı tərəfə cavabı kimi də qbul edilir. Daha əvvəl Çinin Xarici İşlər Nazirliyi Trampın Tayvan prezidenti ilə danışığına görə ABŞ-a etirazını ifadə edib.

Son xəbərlər

Orphus sistemi