Donald Tramp ABŞ-ın Olimpiya Oyunlarına ev sahibliyi etməsini istəyir

Donald Tramp ABŞ-ın Olimpiya Oyunlarına ev sahibliyi etməsini istəyir ABŞ prezidenti: "Bunun üzərində dayanmadan işləyirik"
Digər ölkələr
11 İyul , 2017 17:23
Donald Tramp ABŞ-ın Olimpiya Oyunlarına ev sahibliyi etməsini istəyir

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp administrasiyasının ölkəsinin Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizədə göstərdiyi səylər barədə danışıb.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

"Birləşmiş Ştatların Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ alması üçün dayanmadan işləyirik. Xəbərləri izləyin!", - Donald Tramp yazıb.

Xatırladaq ki, 2024-cü ildə sayca 33-cü Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu qazanmaq uğrunda Paris və Los Anceles mübarizə aparır.

ABŞ 4 dəfə yayda, 4 dəfə qışda olmaqla, ümumilikdə 8 dəfə Olimpiadaya ev sahibliyi edib. Son Olimpiya Oyunları (qış) ölkədə 2002-ci ildə keçirilib. 

Son xəbərlər

Orphus sistemi