Donald Tramp: "ABŞ Hindistanla Pakistan arasındakı Kəşmir məsələsində vasitəçilik etməyə hazırdır"

Donald Tramp: "ABŞ Hindistanla Pakistan arasındakı Kəşmir məsələsində vasitəçilik etməyə hazırdır" ABŞ lideri Donald Tramp ölkəsinin Hindistan və Pakistan arasında Kəşmir məsələsində vasitəçilik etməyə hazır olduğunu söyləyib.
Digər ölkələr
22 İyul , 2019 23:05
Donald Tramp: ABŞ Hindistanla Pakistan arasındakı  Kəşmir məsələsində vasitəçilik etməyə hazırdır

ABŞ lideri Donald Tramp ölkəsinin Hindistan və Pakistan arasında Kəşmir məsələsində vasitəçilik etməyə hazır olduğunu söyləyib.

"Report" C-Span kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xan ilə Ağ Evdə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Mən iki həftə bundan qabaq Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığım oldu və biz bu məsələni müzakirə etdik. O, mənə sual verdi ki, siz bu məsələdə vasitəçi kimi çıxış etmək istərdinizmi? Mən də cavabında əlbəttə istərdim dedim" deyə Tramp bildirib. 

Qeyd edək ki, Pakistanın Baş naziri ABŞ-a üç günlük rəsmi səfərə gəlib. Səfər zamanı o, ABŞ-ın yüksək səviyyəli diplomatlarla görüşlər keçirəcək və regiondakı vəziyyətlə, eləcə də terrorizmə qarşı mübarizə məsələlərini müzakirə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi