Yuxarı

Demokratlar Nümayəndələr Palatasına Trampın impiçmenti haqqında qətnaməni təqdim edib

​Demokratlar Nümayəndələr Palatasına Trampın impiçmenti haqqında qətna

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvləri prezident Donald Trampın impiçmenti məqsədi ilə təhqiqatın davam etdirilməsinə səlahiyyət verən qətnamənin mətnini yayıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, sənəd rəsmi şəkildə prosedur komitəsinin sədri Ceyms Makqovernin (Massaçusets ştatından demokrat) adından Konqresin aşağı palatasının müzakirəsinə daxil edilib.

Qətnamə Nümayəndələr Palatasının bir sıra komitələrinə öz araşdırmalarını davam etdirmək göstərişini verir. Hədəf Nümayəndələr Palatasının Konstitusiya səlahiyyətlərindən istifadə edərək Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı impiçment etməyə kifayət qədər əsasların mövcud olub-olmadığını aydınlaşdırmaqdır. Hazırkı ABŞ lideri Respublikaçılar Partiyasını təmsil edir.

Qətnamədə təsdiq edilir ki, araşdırmalar altı - kəşfiyyat, maliyyə xidmətləri, xarici işlər, nəzarət və islahat, gəlirlər və xərclər üzrə, həmçinin hüquq komitələri tərəfindən aparılacaq.

Qətnamənin Nümayəndələr Palatasında cümə axşamı səsverməyə çıxarılacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi