Demokratlar Nümayəndələr Palatasına Trampın impiçmenti haqqında qətnaməni təqdim edib

Demokratlar Nümayəndələr Palatasına Trampın impiçmenti haqqında qətnaməni təqdim edib ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvləri prezident Donald Trampın impiçmenti məqsədi ilə təhqiqatın davam etdirilməsinə səlahiyyət verən qətnamənin mətnini yayıblar.
Digər ölkələr
30 Oktyabr , 2019 00:02
Demokratlar Nümayəndələr Palatasına Trampın impiçmenti haqqında qətnaməni təqdim edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvləri prezident Donald Trampın impiçmenti məqsədi ilə təhqiqatın davam etdirilməsinə səlahiyyət verən qətnamənin mətnini yayıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, sənəd rəsmi şəkildə prosedur komitəsinin sədri Ceyms Makqovernin (Massaçusets ştatından demokrat) adından Konqresin aşağı palatasının müzakirəsinə daxil edilib.

Qətnamə Nümayəndələr Palatasının bir sıra komitələrinə öz araşdırmalarını davam etdirmək göstərişini verir. Hədəf Nümayəndələr Palatasının Konstitusiya səlahiyyətlərindən istifadə edərək Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı impiçment etməyə kifayət qədər əsasların mövcud olub-olmadığını aydınlaşdırmaqdır. Hazırkı ABŞ lideri Respublikaçılar Partiyasını təmsil edir.

Qətnamədə təsdiq edilir ki, araşdırmalar altı - kəşfiyyat, maliyyə xidmətləri, xarici işlər, nəzarət və islahat, gəlirlər və xərclər üzrə, həmçinin hüquq komitələri tərəfindən aparılacaq.

Qətnamənin Nümayəndələr Palatasında cümə axşamı səsverməyə çıxarılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi