CNN: Trampın ABŞ-dakı populyarlıq reytinqi növbəti dəfə minimal səviyyəyə düşüb

CNN: Trampın ABŞ-dakı populyarlıq reytinqi növbəti dəfə minimal səviyyəyə düşüb Bakı. 26 fevral. REPORT.AZ/ Amerikalıların yalnız 35%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənir.
Digər ölkələr
26 Fevral , 2018 09:39
CNN: Trampın ABŞ-dakı populyarlıq reytinqi növbəti dəfə minimal səviyyəyə düşüb
ABŞ prezidenti Donald Tramp / The Associated Press

Bakı. 26 fevral. REPORT.AZ/ Amerikalıların yalnız 35%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənir.

“Report” TASS-a istinadən xəbər verir ki, CNN tərəfindən aparılan yeni sosial sorğunun nəticələri bunu göstərir.

Populyarlığın bu göstəricisi ötən ilin dekabrında qeydə alınan və keçən ilin yanvar ayından prezident olan D.Trampın prezidentliyi dövründə ən aşağı nəticə olan reytinqlə eynidir.

Sorğunun nəticələrinə görə, respondentlərin 54%-i Donald Trampın silah dövriyyəsi siyasətinə münasibətini bəyənmir. Eyni zamanda, rekord sayda (70%) respondent ABŞ-da odlu silah satışını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyib.

Qeyd edək ki, bu, 1993-cü ildən bu yana CNN-in keçirdiyi bütün sorğular arasında ən yüksək göstəricidir.

Son xəbərlər

Orphus sistemi