Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub Gəmilər Yaponiya tərəfinin xəbərdarlığına məhəl qoymayıb
Digər ölkələr
11 Sentyabr , 2016 10:56
Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 patrul gəmisi bazar günü mübahisəli Senkaku adaları ərazisində Yaponiyanın ərazi sularına daxil olub.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın dənizdə təhlükəsizlik xidməti məlumat yayıb.

Yaponiya tərəfinin ərazini tərk etmək barədə xəbərdarlığına baxmayaraq, gəmilər saat yarıma yaxın sözügedən ərazi sularında qalıblar. Hazırda onlar yaxın ərazilərdədir. Yaponiyanın dənizdə təhlükəsizlik xidməti vəziyyəti nəzarətdə saxlayır.

Son xəbərlər

Orphus sistemi