Yuxarı

Çinin 4 gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Gəmilər Yaponiya tərəfinin xəbərdarlığına məhəl qoymayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 patrul gəmisi bazar günü mübahisəli Senkaku adaları ərazisində Yaponiyanın ərazi sularına daxil olub.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın dənizdə təhlükəsizlik xidməti məlumat yayıb.

Yaponiya tərəfinin ərazini tərk etmək barədə xəbərdarlığına baxmayaraq, gəmilər saat yarıma yaxın sözügedən ərazi sularında qalıblar. Hazırda onlar yaxın ərazilərdədir. Yaponiyanın dənizdə təhlükəsizlik xidməti vəziyyəti nəzarətdə saxlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi