Bakı. 4 May. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Yunnan əyalətindəki kömür mədənində qaz partlayışı nəticəsində ən azı 6 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Sina" xəbər portalı məlumat yayıb.
Mədən qəzası Çjaotun şəhər dairəsinin Yantszin qəzasında baş verib. Hadisə yerində xilasetmə əməliyyatına başlanıb. Yaralananların sayı barədə hələ ki, məlumat verilmir.
Polis hadisənin səbəblərini araşdırmağa başlayıb. Artıq faktla bağlı bir neçə nəfər saxlanılıb.