Yuxarı

​Çində mədən qəzası nəticəsində 6 nəfər ölüb

Polis araşdırmalara başlayıb, bir neçə nəfər saxlanılıb

Bakı. 4 May. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Yunnan əyalətindəki kömür mədənində qaz partlayışı nəticəsində ən azı 6 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Sina" xəbər portalı məlumat yayıb.

Mədən qəzası Çjaotun şəhər dairəsinin Yantszin qəzasında baş verib. Hadisə yerində xilasetmə əməliyyatına başlanıb. Yaralananların sayı barədə hələ ki, məlumat verilmir.

Polis hadisənin səbəblərini araşdırmağa başlayıb. Artıq faktla bağlı bir neçə nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi