Bakı. 6 İyun. REPORT.AZ/ Çinin Yanqtze çayında batan gəminin sudan çıxarılması ilə ölənlərin sayı 400 nəfəri keçib.
"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, pis hava şəraiti ilə qəzaya uğrayan gəminin 456 sərnişinindən yalnız 14-ü xilas edilib. 36 adam hələ də itkindir.
Qəzadan xilas olan kapitan və baş mühəndis polis tərəfindən sorğu-suala çəkilir.
Həlak olanların qohumları pis hava şəraiti barədə xəbərdarlığa baxmayaraq, gəminin yola düşməsi barədə məsələ qaldırıb.