Yuxarı

Çində gəmi qəzası səbəbi ilə ölənlərin sayı 400 nəfəri keçib

Qəzadan xilas olan kapitan və baş mühəndis polis tərəfindən sorğu-suala çəkilir

Bakı. 6 İyun. REPORT.AZ/ Çinin Yanqtze çayında batan gəminin sudan çıxarılması ilə ölənlərin sayı 400 nəfəri keçib.

"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, pis hava şəraiti ilə qəzaya uğrayan gəminin 456 sərnişinindən yalnız 14-ü xilas edilib. 36 adam hələ də itkindir.

Qəzadan xilas olan kapitan və baş mühəndis polis tərəfindən sorğu-suala çəkilir.

Həlak olanların qohumları pis hava şəraiti barədə xəbərdarlığa baxmayaraq, gəminin yola düşməsi barədə məsələ qaldırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi