Bakı. 28 iyul. REPORT.AZ/ Çinin Çjetszyan əyalətində iri dam örtüyünün uçması 8 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, hadisə cümə günü axşam baş verib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, dağıntılar altında əsasən yaşlı insanlar qalıb. Hadisə yerində xilasedicilər işləyir.
O da qeyd olunub ki, daha üç nəfər də yaralanıb. Dağıntılar altında hələ də insanlar var.
Şahidlər deyiblər ki, hadisəyə səbəb pis hava şəraitinin - yağış yağması və güclü külək olması olub.
Faktla bağlı təhqiqat işlərinə başlanılıb.