Çində avtosisternin partlaması nəticəsində yaralananların sayı artıb, ölənlər var - VİDEO - YENİLƏNİB

Çində avtosisternin partlaması nəticəsində yaralananların sayı artıb, ölənlər var - VİDEO - YENİLƏNİB Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlayışı nəticəsində yaralananların sayı artıb.
Digər ölkələr
13 İyun , 2020 18:16
Çində avtosisternin partlaması nəticəsində yaralananların sayı artıb, ölənlər var - VİDEO - YENİLƏNİB

Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlayışı nəticəsində yaralananların sayı artıb.

"Report" bu barədə "Sina"ya istinadən xəbər verir.

Qeyd edilir ki, partlayış nəticəsində xəsarət alanların sayı isə 112 nəfərədək artıb. Daha 9 nəfər ölüb.

Hadisə Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Qəza yerinə 450-dən çox yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.

Partlayışın dalğasından çən şosedən qalxaraq Dasi yaşayış məntəqəsindəki yaşayış binalarına çarpılıb. Dağıntı baş verib. Avtomobillər yanıb. Dağıntılar altında qalanların axtarışı davam edir. 


***17:25

Çinin şərqində yerləşən Çjeszyan əyalətində avtomobil şosesində çənində maye qaz daşıyan avtomobilin partlaması nəticəsində 9 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, hadisə Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Qəza yerinə 450-dən çox yanğınsöndürən, altı təlim görmüş it, xilasedici, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.

Partlayışın dalğasından çən şosedən qalxaraq Dasi yaşayış məntəqəsindəki yaşayış binalarına çarpılıb. Dağıntı baş verib. Avtomobillər yanıb. Dağıntılar altında qalanların axtarışı davam edir. 

Son xəbərlər

Orphus sistemi